AZ

"İnter" rəqibin stadionunu sərt tənqid etdi

style='margin-bottom:10px;'>

"İnter" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Bodo/Qlimt"ə 3:1 hesabı ilə məğlub olub. İtaliya klubu məğlubiyyətdən daha çox matçın oynanıldığı meydançanın vəziyyətindən narazı qalıb.

QOL.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi Çempionlar Liqasının standartlarına qətiyyən cavab verməyən meydanda oynamağa məcbur edildiklərini hesab edirlər. 

Qeyd edək ki, Norveç klubu rəqiblərini süni örtüklü stadionda qəbul edir və bu faktor italyanların kəskin etirazına səbəb olub.

Məlumata görə, "İnter" hələ oyundan əvvəl futbolçuların təhlükəsizliyi ilə bağlı narahatlığını UEFA-ya qeyri-rəsmi şəkildə çatdırıb. Lautaro Martinesin qarşılaşma zamanı zədələnməsi isə klubun narazılığını daha da artırıb.

Qeyd edək ki, "İnter" və "Bodo/Qlimt" arasındakı cavab qarşılaşması fevralın 24-də baş tutacaq.

Seçilən
27
1
teleqraf.com

2Mənbələr