AZ

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (52 milyon manat) çox olmaqla 612 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra ortaaylıq pensiya 593 manata, o cümlədən yaşa görə ortaaylıq pensiya 632 manata çatıb.

Ötən ay 4 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 183 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
17
yeniazerbaycan.com

10Mənbələr