AZ

ChatGPT dəki GPT nə deməkdir?

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Süni intellekt dövrünün ən populyar termini olan GPT qısaltması "Generative Pre-trained Transformer" ifadəsinin baş hərfləridir. Bu mürəkkəb ad ChatGPT-nin insan kimi düşünməsini təmin edən üç əsas sütunu təmsil edir. Texnologiya dünyasında inqilab sayılan bu sistemin mahiyyəti onun həm öyrənə, həm də yarada bilməsindədir.Demokrat.az xəbər verir ki, sistemin birinci hissəsi olan "Generative" onun yeni məlumatlar istehsal etmək qabiliyyətini göstərir. O, sadəcə axtarış vermir, həm də sıfırdan mətn və ya kod yazır. "Pre-trained" mərhələsində isə model istifadəyə verilməzdən əvvəl internetdəki milyardlarla məlumatı oxuyaraq dilin məntiqini mənimsəyib. Ən mühüm komponent olan "Transformer" arxitekturası isə süni intellektə cümlədəki sözlərin bir-biri ilə əlaqəsini və konteksti anlamağa imkan verir.Mütəxəssislərin fikrincə, məhz bu üç xüsusiyyətin vəhdəti ChatGPT-ni adi proqramdan fərqləndirərək onu intellektual köməkçiyə çevirib. Hazırda bu texnoloji infrastruktur hər gün milyonlarla insanın işini asanlaşdırır və gələcəyin rəqəmsal dünyasını formalaşdırır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
demokrat.az

1Mənbələr