AZ

Qazaxıstan prezidenti Tramp mükafatının təsis edilməsini təklif edib

Astana. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident DonaldTrampın adını daşıyan xüsusi Sülh Şurası Mükafatının təsisedilməsini təklif edib.

Trend xəbər verir ki, bunuTokayev Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasındadeyib.

"Həmçinin Prezident Donald Trampın sülh quruculuğundakı görkəmlisəylərini və nailiyyətlərini qiymətləndirmək üçün onun adına xüsusiSülh Şurası Mükafatının təsis edilməsini təklif etmək istərdim.Əminəm ki, cənab Prezident, Sizin güclü rəhbərliyiniz altında SülhŞurası öz böyük və nəcib missiyasını uğurla yerinə yetirəcək", - obildirib.

O qeyd edib ki, Şuranın gündəliyinin qlobal xarakterini nəzərəalaraq, Qazaxıstan müxtəlif səviyyələrdə və müxtəlif formatlardagörüşlər də daxil olmaqla, praktik dəstək göstərməyə hazırdır.

"Sülh Şurasının mövcud çoxtərəfli səyləri gücləndirməklə bu yenireallıqlara birbaşa cavab verməsi gözlənilir. Dünya heç vaxt beləbir təşəbbüs görməyib. Bu, tamamilə görünməmiş bir addımdır, çünkimahiyyət etibarilə, yaradılış yolu ilə sülh, birgə səylərimizsayəsində reallığa çevrilmək üçün hər cür şansa malik olan yüksəkinnovativ bir konsepsiya və ya layihədir. Buna görə də, cənabPrezident, davamlı sülhün konkret hərəkətlər üzərində qurulmasılazım olduğuna dair inancınızı qəbul edirəm və bölüşürəm", -Tokayev vurğulayıb.

Seçilən
73
3
az.trend.az

4Mənbələr