AZ

Kim Çen In artilleriya sisteminin sükanı arxasında - FOTOLAR

Kim Çen In (Kim Çen In) yeni iriçaplı reaktiv yaylım atəşi sistemi (RYAS) qurğusunun sükanı arxasına şəxsən keçərək onu idarə edib.

Ölkə.Az KCNA-ya istinadən xəbər verir ki, döyüş kompleksi müdafiə sənayesi müəssisələrinin işçiləri tərəfindən Koreya Əmək Partiyasının IX qurultayına təqdim olunub. Kim Çen In 600 millimetrlik RYAS-ı “həqiqətən qürur doğuran silah” adlandıraraq bildirib ki, bu sistem ölkənin çəkindirmə potensialının gücləndirilməsi ilə bağlı strateji vəzifələrin icrasına xidmət edir.

Şimali Koreya lideri hərbi sənaye işçilərinin əməyini də xüsusi vurğulayıb, onları “inqilabçılar içində inqilabçılar” və “vətənpərvərlər içində vətənpərvərlər” adlandıraraq partiyaya sədaqətlərini yüksək qiymətləndirib.

Xatırladaq ki, ötən ilin dekabrında Kim Çen In bu çoxsaylı artilleriya komplekslərinin istehsal prosesi ilə də tanış olmuşdu. Bildirilir ki, yeni sistemlər yaxın vaxtlarda Şimali Koreya ordusunun silahlanmasına qəbul ediləcək.

Şimali Koreya rəhbəri həmçinin uzaqmənzilli artilleriyanın modernləşdirilməsi və imkanlarının artırılması üçün silah sistemlərinin təkmilləşdirilməsində “dönüş nöqtəsi” yaratmağın vacibliyini vurğulayıb.

Seçilən
21
3
olke.az

4Mənbələr