AZ

Şəhriyar Məmmədyarov finala vəsiqə qazanıb

Ajans.az-ın məlumatına görə, təcrübəli qrossmeyster yarımfinalın tay-brek qarşılaşmasında Aydın Süleymanlı üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə əldə edib. Finalda onun rəqibi Məhəmməd Muradlı olacaq. Aydın Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədov ilə üz-üzə gələcək. Qadınların yarışında çempionluq uğrunda Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda oyunda isə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.

Çempionat fevralın 22-də başa çatacaq. Turnirin ümumi mükafat fondu 92 min manatdır: bunun 62 min manatı kişilərin, 30 min manatı isə qadınların yarışına ayrılıb.

Seçilən
47
Ajans.az

1Mənbələr