AZ

Ucarda yanğın qaz borusunu zədələyib, 11 kənd qazsız qalıbVİDEO

Ucar rayonunun Qulabənd kəndində, qamışlıq ərazidə baş verən yanğın qaz borusunu zədələyib. 11 kənd qazsız qalıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər yanğından sonra ərazidən partlayış səsi gəldiyini bildiriblər. Məlumata görə, rayonun Qaracallı, Alpi, Müsüslü, Qulabənd, Bağırlı, Türkəci, Çiyni, Ənvər Məmmədxanlı, Kiçəkənd, Pirkənd və Təzə Şilyan kəndlərini mavi yanacaqla təmin edən yeraltı qaz xətti naməlum səbəbdən baş vermiş yanğın zamanı zədələnib.

Hadisə nəticəsində ümumilikdə 3049 abonentin qaz təminatında fasilə yaranıb. Aidiyyəti qurum bərpa işlərinə başlayıb.

O da qeyd edilib ki, işlərin tez bir zamanda başa çatdırılması və qaz təchizatının bərpası nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
48
1
xezerxeber.az

2Mənbələr