AZ

Ağcabədidə yanğın: iribuynuzlu heyvanlar tələf olub

AĞCABƏDİ, 19 fevral. TELEQRAF

Ağcabədi rayonunda fərdi təsərrüfatda baş verən yanğın nəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, yanğın hadisəsi rayon ərazisində Seyid Həsən adlı şəxsə məxsus təsərrüfatda qeydə alınıb. Baş vermiş yanğın nəticəsində ümumilikdə 14 ton ot bağı yanıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
F

aktla bağlı yanğının başvermə səbəbləri araşdırılır.

Seçilən
60
teleqraf.com

1Mənbələr