“Nyukasl Yunayted”in hücumçusu Entoni Qordon Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.Biz bildirir ki, turnirin X sosial media platformasındakı rəsmi hesabı bu barədə məlumat yayıb.
İngilis futbolçu pley-off mərhələsində “Qarabağ” üzərində 6:1 hesablı qələbə qazanılan oyunun ilk hissəsində dörd qol vurub.
Qeyd etmək lazımdır ki, Azərbaycan komandasına qarşı oyunda Qordon “Nyukasl”ın Çempionlar Liqasındakı üç qol rekordunu qırıb: o, “sağsağanlar”ın turnirdə ən çox qol vuran oyunçusu (15 qol) və klubun bir mövsümdə ən çox qol vuran oyunçusu (10 qol) olub. Bundan əlavə, hücumçunun ilk qolu klubun Çempionlar Liqasında tarixində ən sürətli qol olub (122 saniyə).
İngilis futbolçu səsvermədə PSJ-nin cinah oyunçusu Dezire Dueni (2+1 - qol və məhsuldar ötürmə), “Bodo-Qlimt”in hücumçusu Kasper Hoqu (0+2) və “Bayer”in hücumçusu Patrik Şiki (2+0) qabaqlayıb.