AZ

Hikmət Hacıyev: "Sülh Şurasında Azərbaycan və Ermənistan liderlərinin əl sıxması dərin simvolik məna daşıyır"

"SÜLH" sözünün iri baş hərflərlə yazıldığı fon qarşısında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bir-birinin əlini sıxırlar. Sadə təsadüf kimi görünə biləcək bu kadr əslində dərin simvolik məna daşıyır".

 

Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclası ilə bağlı paylaşımında yazıb.

 

"İlham Əliyev Azərbaycan Respublikasının təsisçi dövlət qismində Sülh Şurasının təsis iclasında iştirak edir. Donald Tramp isə Sülh Şurasının qurucusu və ilk sədri kimi Azərbaycanla Ermənistan arasında mübahisələrin sülh yolu ilə həllinin vacibliyini bir daha vurğulayıb", - deyə paylaşımda qeyd edilir.

Tarix: 19 Fevral 2026, 19:59   
Seçilən
22
pravda.az

1Mənbələr