Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ankara, 19 fevral, AZƏRTAC
Türkiyə bərpaolunan enerji mənbələrinin imkanlarından maksimum dərəcədə istifadə edilməsinə, enerji səmərəliliyinin daim artırılmasına, həmçinin atom energetikasının inkişafına yönəlmiş rasional enerji siyasəti həyata keçirir və 2050-ci ilədək AES-lərin, modul reaktorların ümumi gücünü 20 QVt-a çatdırmağı planlaşdırır. Qaz sektoruna investisiyaların yatırılması da xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Parisdə Beynəlxalq Enerji Agentliyinin (IEA) nazirlərinin iclasında çıxışı zamanı bildirib.
O, enerji resurslarına artan tələbatı, maliyyələşdirmə və texnologiyalara çıxışı, həmçinin müasir infrastrukturun formalaşdırılmasını “inkişaf edən iqtisadiyyatlar üçün əsas çağırışlar” adlandırıb.
Energetika naziri son 20 ildə Türkiyə iqtisadiyyatında enerji daşıyıcılarına olan tələbatın demək olar ki, üç dəfə artdığına diqqətə çəkib.
Onun sözlərinə görə, proqnozlara əsasən, tələbat səviyyəsi növbəti 30 ildə də artmağa davam edəcək və ən azı daha üç dəfə yüksələcək: “Mən “ən azı” deyirəm, çünki süni intellekt əsaslı məlumat emalı mərkəzləri, soyutmaya tələbat və elektromobillər kimi yeni amillər meydana çıxır. Bütün bunlar nəzərə alınmalı olan məqamlardan yalnız bəziləridir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.