AZ

Ankara, Rusiya Ukrayna böhranında tərəfləri masada saxlamağa çalışır Fatih Fuat Tuncer

Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Hərbi kanalda irəliləyiş var, siyasi masada dərin uçurum qalır”

Cenevrədə keçirilən Rusiya-ABŞ-Ukrayna görüşü keçirilsə də Zelenskinin açıqlaması diqqət çəkib. O, fundamental məsələlərdə razılığa gəlinmədiyini və ərazi mübadiləsi ilə bağlı problemlərin mövcud olduğunu açıqlayıb.

Prosesin necə davam edəcəyi və müharibənin nə vaxt sona çatacağı hələ də dəqiq bilinmir. Eyni zamanda, ABŞ sülh təşəbbüslərini dəstəkləyir. Lakin regionda yaranan digər gərginliklər, xüsusilə İranla bağlı təhlükələr, diplomatik tarazlığı mürəkkəbləşdirir.

Beynəlxalq Münasibətlər və Siyasət üzrə ekspert Dr.Fatih Fuat Tuncer Sherg.az-a bildirib ki, Cenevrədə keçirilən Rusiya-Ukrayna danışıqları qlobal sülh axtarışları ilə bağlıdır:

"Bölgədəki ümumi diplomatik hərəkətlilik strateji gərginliklərin iç-içə keçdiyi bir tablo yaradır. Türkiyə bu prosesdə həm Ukrayna-Rusiya xəttində, həm də Yaxın Şərqdəki həssas tarazlıqlarda diplomatiyanın qalib gəlməsi üçün çoxölçülü vasitəçilik rolunu öz üzərinə götürür.

Cenevrədəki üçtərəfli danışıqlarda müharibənin hərbi və siyasi tərəfləri iki ayrı kanalda müzakirə olundu. Ukrayna hərbi qrupdakı görüşlərin siyasi qrupa nisbətən nəticələnməyə daha yaxın olduğunu və bu kanalda konstruktiv irəliləyişlərin əldə edildiyini bildirdi. Tərəflər mümkün atəşkəsin izlənməsi və müharibənin texniki cəhətdən necə sona çatacağı mövzusunda hərbi səviyyədə razılığa gəliblər. Atəşkəs təmin olunarsa, prosesi izləmə mexanizmində ən böyük məsuliyyəti ABŞ-nin həyata keçirməsi planlaşdırılır".

Politoloq hərbi yaxınlaşmanın siyasi sahədəki dərin fikir ayrılıqlarını hələ də həll edə bilmədiyini söyləyib:

"Xüsusilə Rusiya işğalı altındakı torpaqların durumu və strateji əhəmiyyətə malik Zaporoye Nüvə Elektrik Stansiyası kimi mövzular ən böyük tıxanma nöqtələridir. Kiyev idarəsi mövcud cəbhə xətlərinin dondurulmasını realist əsas kimi görür. Moskva isə razılaşma üçün Ukrayna qüvvələrinin Donbasdan geri çəkilməsini şərt kimi irəli sürür. Bundan əlavə, ABŞ-nin Zaporojye Nüvə Elektrik Stansiyasının Ukrayna, ABŞ və Rusiya ilə birgə idarə olunması təklifini Kiyev "işğalı qanuniləşdirmə" kimi qiymətləndirilərək rədd edib.

Türkiyə bu mürəkkəb tənlikdə həm Ukrayna, həm də İran mərkəzli gərginliklərin regional fəlakətə çevrilməməsi üçün intensiv səylər göstərir. Ankara, Rusiya-Ukrayna böhranında tərəfləri əvvəlki kimi həll yönümlü masada saxlamağa çalışır. Eyni zamanda Türkiyə ABŞ-nin İrana qarşı sərtləşən mövqeyinin yaratacağı yeni qarşıdurma risklərini diplomatik yollarla azaltmağı hədəfləyir". 

Analitik vurğulayıb ki, Ukrayna, Qərb müttəfiqlərinin özlərindən asılı olmayaraq Rusiya ilə yeni təhlükəsizlik sənədləri üzrə danışıqlar aparmasından narahatdır:

"Türkiyə isə bütün tərəflərin daxil olduğu şəffaf diplomatiyanın əhəmiyyətini bir daha ortaya qoyur. Nəticə etibarilə proses, hərbi texnikalarda razılaşma əldə edilsə də, siyasi suverenlik məsələlərində tıxanmış bir mərhələdədir. Zelenski müharibəni "tez bir zamanda bitirmək" istəyir və Putin ilə birbaşa görüş tələb edir. Bu, diplomatik səylərin mərkəzindədir. Türkiyə isə bu çətin dövrdə, həm Qara dənizdə, həm də Yaxın Şərqdə davamlı sabitliyin yalnız silahların susması və vasitəçilik fəaliyyətlərinin dəstəklənməsi ilə mümkün olacağını müdafiə edir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sherg.az

1Mənbələr