AZ

“Neftçi” və “Araz-Naxçıvan”dan böyükhesablı qələbələr

Futzal üzrə Azərbaycan Yüksək Liqasının XI turunda iki qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumata görə, turun ən məhsuldar oyunu Neftçi İK ilə Lənkəran arasında baş tutub. Görüş paytaxt təmsilçisinin 19:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər matçda isə Araz-Naxçıvan Baku Fire üzərində 8:3 hesablı qələbə qazanıb.

Hər iki qarşılaşma Olimpik Star idman kompleksində keçirilib.

Qeyd edək ki, turun U-19 – Şuşa oyunu fevralın 21-də baş tutacaq.

Xal durumu:

“Neftçi” İK – 28 xal

“Araz-Naxçıvan” – 28 xal

“Baku Fire” – 20 xal

“Şuşa” – 12 xal

U-19 – 6 xal

“Lənkəran” – 0 xal

Seçilən
81
90deqiqe.az

1Mənbələr