AZ

Gürcüstanda 3 milyon dollara radioaktiv maddələr almağa cəhd edən əcnəbilər saxlanılıb

Kutaisidə iki xarici vətəndaş nüvə materialları – uran və sezium-137-ni qanunsuz əldə etməyə cəhd edərkən saxlanılıb. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini Laşa Maqradze məlumat verib.

QHT.az xəbər verir ki, bildirilib ki, saxlanılan şəxslər materiallara görə 3 milyon dollar ödəməyi və onları qanunsuz şəkildə başqa ölkəyə çıxarmağı planlaşdırıblar. DTX-nin açıqlamasına əsasən, şübhəlilər son həftələr Gürcüstana mütəmadi səfərlər edərək nüvə və radioaktiv maddələrin əldə olunması üçün şərait yaratmağa çalışıblar.

Saxlanılanların milliyyəti açıqlanmayıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-230-cu maddəsi – “nüvə materiallarını qanunsuz əldə etməyə cəhd” üzrə aparılır.

Seçilən
47
qht.az

1Mənbələr