ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Qadağan olunmuş maddə istintaqı çərçivəsində saxlanılan müğənni Murat Dalkılıç, "Duman" qrupunun solisti Kaan Tangöz, aktyor İsmail Hacıoğlu və modelyer Kemal Doğulu sərbəst buraxılıb.
Axşam.az xəbər verir ki, onlar “şəxsi istifadə üçün narkotik vasitə əldə etmə, saxlama” və “narkotik vasitələrdən istifadəni asanlaşdırma” maddələri ilə ittiham olunublar.
Məşhurların prokurorluqda ifadələri alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.
Qeyd edək ki, bir müddətdir Türkiyədə aparılan narkotiklə bağlı əməliyyatlar zamanı bir çox məşhur barəsində saxlanılma qərarı verilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.