AZ

Qəhvə içdikdən sonra niyə qarın köpür?

Bir çox insan üçün səhər qəhvəsi gərgin iş gününə başlamaq üçün vacib hesab olunur. Lakin səhər fincanına əlavə edilən adi bir inqrediyent bəzi insanlarda qarın köpünə səbəb ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “The Mirror” yazır.

Qastroenteroloq-dietoloq Oliviya Molinexin sözlərinə görə, çay və ya qəhvəyə hətta ən kiçik miqdarda süd əlavə edilməsi bəzi insanlarda köp yarada bilər.

“Əgər səhər içdiyiniz çaydan və ya günorta kapuçinodan sonra qarında köp hiss etmisinizsə, səbəb içkinin özü deyil, əlavə edilən süd ola bilər. Qara çay və qəhvə adətən köp yaratmır, baxmayaraq ki, qıcıqlanmış bağırsaq sindromunun digər simptomlarını gücləndirə bilər. Lakin adi inək südündə laktoza var və əgər siz laktoza dözümsüzlüyündən əziyyət çəkirsinizsə, süd əlavə edilmiş latte və ya gün ərzində içilən bir neçə fincan qəhvədəki süd tam həzm olunmur. Bu isə onun yoğun bağırsağa keçərək fermentləşməsinə və nəticədə köpə səbəb olmasına gətirib çıxarır”, deyə mütəxəssis izah edib.

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə görə, laktoza dözümsüzlüyü laktoza tərkibli məhsullar qəbul edildikdən sonra mədə-bağırsaq nahiyəsində narahatlıqla özünü göstərir. Bundan əlavə, bəzi insanlarda baş ağrısı, yorğunluq, oynaq və ya əzələ ağrıları kimi həzm sistemi ilə birbaşa əlaqəli olmayan simptomlar da müşahidə oluna bilər.

Bildirilir ki, belə hallarda laktoza tərkibli məhsulların porsiyasını azaltmaq və ya onlardan tamamilə imtina etmək simptomları yüngülləşdirə bilər.

Oliviya Molinex laktoza dözümsüzlüyündən şübhələnən şəxslərə rasionda ciddi dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edir.

“Əgər laktoza dözümsüzlüyündən şübhələnirsinizsə, qəfil pəhriz dəyişiklikləri etməzdən əvvəl dietoloqa müraciət etməyi tövsiyə edirəm. Mütəxəssis nəzarət altında mərhələli şəkildə məhsulların rasiondan çıxarılması və yenidən əlavə edilməsi prosesini təşkil edə bilər ki, lazımsız məhdudiyyətlər tətbiq edilməsin”, deyə qastroenteroloq əlavə edib.

Samir
 

Seçilən
17
hit.az

1Mənbələr