AZ

Rusiya və Çin hərəkətə keçdi, Trampla bağlı xəbər yayıldı İki dostu İranı xilas edəcək?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın hərbi-dəniz və hava qüvvələrini İran ətrafına cəmlədiyi bir vaxtda Rusiya və Çinin Hörmüz boğazında birgə hərbi təlimlərə başlaması diqqət çəkir. Bəzi ekspertlər hesab edir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı müharibədən yayınıb və danışıqlarda ümidlidir.

Digər bir iddiaya görə isə Tramp ABŞ daxilində itirdiyi nüfuzunu bərpa etmək və qalib obrazını yaratmaq üçün İranla müharibə variantından istifadə edə bilər. Lakin Ağ Evdəki mənbələr nüfuzlu KİV-lərə ABŞ prezidentinin hələ yekun qərar vermədiyini bildirirlər.

Rusiya və Çin amili İrana hücumu əngəlləyə bilərmi? İran ətrafında baş verən bu proseslər rejim və region üçün nə vəd edir?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, hazırda üç qlobal gücün konkret regionda təhlükəli toqquşması müşahidə olunur:

“Həm ABŞ-ın güclü hərbi qüvvə göndərməsi, həm də Rusiya və Çinin Hörmüzdə birgə təlim keçməsi böyük güclər arasındakı münasibətlərin yeni səviyyəyə qədəm qoyduğunu göstərir. Burada İran amili ciddi rol oynayır. Görünür, İran dünya siyasətində hələ də əhəmiyyətli bir ölkə olaraq qalır.

ABŞ Prezidenti Donald Trampın hansı addımları atacağını indi demək mümkün deyil. Lakin proseslərin gedişindən belə anlaşılır ki, ABŞ rəhbərliyi İsrail ilə birlikdə, keçmiş dövlət katibi Henri Kissincerin 1960-cı illərdə formalaşdırdığı məhdud müharibə doktrinasına uyğun davranır. Yəni genişmiqyaslı müharibəyə getmədən rəqibi risklər qarşısında saxlayırlar, bunun ciddi nəticələri ola bilər.

Füzuli Qurbanov

Hesab edirəm ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirməsinin aralıq siyasət və daxili faktorlarla bağlı olması mümkündür. Əgər məsələ Vaşinqtonun qlobal liderliyini təmin etməklə bağlıdırsa, o zaman birbaşa hərbi zərbə endirmək variantı əsas götürülər. Burada ABŞ-ın maraqlarına uyğun hərəkət edilməsi mütləqdir.

İran isə zəif ölkə deyil. Hərbi toqquşmalar baş verərsə, buna səssiz qalmayacaq. Nəticədə region ölkələri də münaqişəyə cəlb edilə, beləliklə bu, dünya müharibəsinə çevrilə bilər”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
globalinfo.az

1Mənbələr