AZ

Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər Nəqliyyat eksperti

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

«Dünyanın bir çox ölkələrində cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanılması ilə bağlı qaydalarda konkret müddət müəyyənləşdirilir. Yəni həmin müddətdə vətəndaş öz avtomobilinə sahib çıxmırsa və yaxud avtomobillə bağlı hər hansı bir problemi həll etmirsə, dövlət həmin avtomobili müsadirə edir. Daha sonra ya satışa çıxarılır, yaxud da yararsızdırsa, metaləritmə sexlərinə göndərilərək məhv edilir. Ancaq Azərbaycanda qaydalar bir az fərqlidir. Ona görə də bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər”.

Bunu 525.az-a nəqliyyat eksperti Elməddin Muradlı söyləyib. O qeyd edib ki, qanunvericiliyə əsasən, hər bir nəqliyyat vasitəsi duracaqda saxlanılırsa onun hər gününə görə ödəniş hesablanır. Bir çox vətəndaşlar bundan xəbərsizdir, hələ də xəbərsiz qalır. Əgər avtomobil əzilibsə, bərbad haldadırsa, imtina ərizəsi yazılır və bununla da məsələ öz həllini tapır. Polis həmin avtomobili aidiyyəti qurumlara təhvil verir və problem aradan qalxır:

"Avtomobil orada metal qırıntısı kimi, zibil parçası kimi qalmasın, yer tutmasın. Onun hər gün orada qalması, eyni zamanda avtomobildən axan sürtkü yağları və digər elementlər ümumilikdə ətraf mühitə zərər verir. İnsanlar bəzən bunun fərqinə varmırlar və elə bilirlər ki, avtomobilin orada qalmağında hər hansı bir problem yoxdur. Maşın orada qaldıqca təkərlər çürüyür, təkərlər çürüdükcə eroziya başlayır və artıq zəhərli maddələr ifraz olunur. Beləliklə də ətraf mühit çirkləndirilmiş olur”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr