AZ

Məşhur Serbiya klubu Azərbaycan millisinin üzvünü heyətinə qaytarıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənov müqavilə əsasında məxsus olduğu Serbiyanın "Srvena Zvezda" komandasına qayıdıb.

İdman.Biz bildirir ki, bu barədə hücumçu özü məlumat verib.

“Qrafiçar” klubu icarəyə götürdüyü yığma üzvünü birdəfəlik transfer etmək istəsə də, "Srvena Zvezda" buna icazə verməyib: “Bildiyiniz kimi, “Qrafiçar”ın U-19 komandasında çıxış edirdim. Klub məni saxlamaq istəyirdi. Hətta Serbiyanın başqa komandalarından da təkliflər var idi. Lakin "Srvena Zvezda" məni buraxmaq istəmədi. İndi müqavilə ilə məxsus olduğum klubun U-19 komandasına qoşulmuşam”, - Həsənov AZƏRTAC-a deyib.

Qeyd edək ki, İslam Həsənov “Srvena Zvezda”ya “Sabah”dan keçib. O, 2023-cü ildə Bakı klubunun heyətində 76 qolla AFFA U-15 Liqasının bombardiri olub.

İdman.Biz
Seçilən
18
4
idman.biz

5Mənbələr