AZ

Tovuz məktəbində tüstülənmə baş verdi Təhsil İdarəsindən rəsmi CAVAB VERİLDİ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Fevralın 19-da Tovuz rayonu Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində sobanın tıxanması nəticəsində tüstülənmə baş verib.

Redaktor.az-ın məlumatına görə, Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi” nə bildirilib ki, əvvəlcədən görülmüş yanğın təhlükəsizliyi tədbirləri sayəsində hadisənin genişlənməsinin qarşısı alınıb. Məktəbdəki şagirdlər və pedaqoji heyət təxliyə planına uyğun olaraq təhlükəsiz əraziyə çıxarılıb.

Hadisə zamanı 5 şagird və məktəbin ocaqçısının səhhətində narahatlıq yaranıb. Dərhal təcili tibbi yardım briqadası çağırılıb və onlar müvafiq tibb müəssisəsinə yerləşdiriliblər. Göstərilən tibbi yardımdan sonra şagirdlərdən 4-ü evə buraxılıb, digər şəxslərin müayinəsi davam edir.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
3
redaktor.az

4Mənbələr