AZ

Xanımına belə sözlər deyənlər məhkəmədə cəzalandırılacaq Açıqlama

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirmə ailə qanunvericiliyinə zidd davranış hesab ediləcək. Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub. Qərara əsasən, ər-arvadın hüquq, vəzifə və ailədə davranış qaydaları ailənin möhkəmləndirilməsi, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsi məqsədlərinə xidmət edir. Belə ki, ailənin hər bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən digər üzvlərin hüquq və azadlıqlarını pozmamalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidir. Təməl şəxsiyyət hüquqları ilə yanaşı, ər-arvadın ailə münasibətlərindən doğan hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək və s. kimi şəxsiyyət hüquqları da vardır. Bu hüquqların pozulması hərəkət və hərəkətsizlikdə ifadə oluna bilər.Bu barədə Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Demokrat.az-a açıqlama verib. O deyib ki, Ali Məhkəmə sadəcə mövcud qanunvericiliyi və məhkəmə təcrübəsini ümumiləşdirərək belə bir tövsiyə xarakterli qərar qəbul edib:“Təbii, orada ailə münasibətlərindən irəli gələn məsələlər var. O həm Ailə Məcəlləsi ilə, həm məişət zorakılığının qarşısının alınmasına dair qanunvericiliklə, həm digər qanunlarla təsbit olunub. Sadəcə indi Ali Məhkəmə bu hüquqları daha geniş izahını verir ki, məhkəmə təcrübəsində qanunvericiliyə daha düzgün tətbiq mümkün olsun. Yəni bu, ötən ilin sonunda qəbul olunmuş qərardır. Ali Məhkəmənin belə qərarları olur. Bunlar məhkəmələr üçün metodiki vəsait rolunu oynayır”.Yəni, artıq məhkəmələr boşanma və ya ailə mübahisələrinə baxanda bu qaydaları əsas götürəcəklər. Yoldaşının sirrini açan və ya onu başqalarının yanında alçaldan şəxslər qanun qarşısında cavab verməli olacaqlar. Ali Məhkəmənin bu addımı ailədaxili hörməti qorumaq və tərəflərin bir-birinə qarşı məsuliyyətini artırmaq məqsədi daşıyır.Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr