AZ

"5 ildir övladım olmur" - Efirdə AĞLADI - VİDEO

Azərbaycanlı müğənni Arzu Mirzəyeva qatıldığı "Rəngarəng" proqramında etdiyi səmimi açıqlama ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi canlı yayımda 5 ildir ailəli olduğunu və bu müddət ərzində övlad sahibi ola bilmədiyini deyib. Bu barədə danışarkən o, göz yaşlarını saxlaya bilməyib və studiyada duyğusal anlar yaşanıb.

Arzu Mirzəyeva ana olmağın həyatındakı ən böyük arzu olduğunu vurğulayıb. O, bildirib ki, ötən illər ərzində müxtəlif çətinliklərlə qarşılaşıb, lakin bütün bunlara baxmayaraq ümidini itirməyib və gələcəyə inamla baxır.

Proqram zamanı aparıcı və digər qonaqlar sənətçiyə mənəvi dəstək göstərərək ona xoş arzularını çatdırıblar. İzləyicilər də sosial şəbəkələrdə müğənniyə dəstək mesajları yazıblar.

Milli.Az

Seçilən
25
1
milli.az

2Mənbələr