AZ

"Ottava Konvensiyası" bitdikdən 48 saat ərzində sərhəd minalana bilər - Baş nazir

Bakı. Trend:

Polşa "Ottava Konvensiyası"ndan çıxacağı təqdirdə, təhlükəyaranarsa 48 saat ərzində şərq sərhədi boyunca piyada əleyhinəminalar yerləşdirə bilər.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri DonaldTusk mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, müqavilədən çıxış Polşaya zərurətyaranacağı halda qısa müddətdə müdafiə tədbirləri görmək imkanıyaradacaq.

Məlumata görə, Rusiyanın Norveç istisna olmaqla Avropadakı əksərqonşuları piyada əleyhinə minaların istehsalı və istifadəsiniqadağan edən sənəddən çıxmaq istiqamətində addımlar atdığı birvaxtda, Polşa da təhlükəsizlik siyasətini sərtləşdirir. RəsmiVarşava Belarus və Rusiyanın Kalininqrad anklavı ilə sərhədlərinqorunması məqsədilə minaların “Şərq Qalxanı” layihəsi çərçivəsindəyerləşdirilməsini planlaşdırır. Polşanın müqavilədən çıxmaprosesinə ötən ilin avqust ayında başlayıb. Altı aylıq prosedur 20fevral 2026-cı ildə başa çatacaq və bundan sonra ölkə rəsmi olaraqkonvensiyadan çıxmış sayılacaq.

Qeyd edək ki, "Ottava Konvensiyası" rəsmi adı ilə "PiyadaƏleyhinə Minaların İstifadəsinin, Ehtiyatda Saxlanmasının,İstehsalının və Transferinin Qadağan Edilməsi və Onların MəhvEdilməsi haqqında Konvensiya"dır və 1997-ci ildə qəbul edilmişbeynəlxalq müqavilədir. Sənəd piyada əleyhinə minalarınistifadəsini, istehsalını və saxlanmasını qadağan edir, həmçininmövcud ehtiyatların məhvini nəzərdə tutur.

Hazırda 160-dan çox ölkə konvensiyaya qoşulub. Lakin ABŞ, Rusiyavə Çin kimi bəzi böyük hərbi dövlətlər konvensiyaya qoşulmayıb.

Seçilən
84
1
az.trend.az

2Mənbələr