AZ

“ABŞ nin İrana yeni zərbəsi ciddi nəticələrə səbəb ola bilər” Lavrov xəbərdarlıq etdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ-nin İrana mümkün yeni hərbi zərbəsi ciddi nəticələrə gətirib çıxara bilər. O, tərəfləri gərginliyi artırmamağa və diplomatik həll yoluna üstünlük verməyə çağırıb.

“AzPolitika” bildirir ki, S.Lavrov bu fikirləri Səudiyyə Ərəbistanının “Al-Arabiya” televiziya kanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, əvvəllər İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan nüvə obyektlərinə zərbələr endirilib və bu, real nüvə insidenti riski yaradıb.

Nazir vurğulayıb ki, region ölkələri, xüsusilə ərəb dövlətləri və Körfəz monarxiyaları gərginliyin artmasını istəmir: “Heç kim vəziyyətin daha da kəskinləşməsini istəmir. Hamı anlayır ki, bu, odla oynamaqdır”.

Lavrov əlavə edib ki, gərginliyin artması son illərdə İranla region ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasını təhlükə altına qoya bilər.

Məlumata görə, Cenevrədə ABŞ və İran nümayəndələri arasında dolayı danışıqlar keçirilib. ABŞ tərəfi İranın nüvə proqramından imtina etməsini tələb edir. Tehran isə nüvə silahı yaratmaq niyyətində olmadığını bildirir və proqramının dinc məqsəd daşıdığını vurğulayır.

Lavrov qeyd edib ki, ərəb ölkələri Vaşinqtona təmkinli olmağa və İranın qanuni hüquqlarını pozmayan razılaşma əldə etməyə çağırır. O, həmçinin Rusiyanın İran rəhbərliyi ilə müntəzəm təmasda olduğunu və Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində problemi həll etmək istədiyinə şübhə etmədiklərini deyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
azpolitika.info

1Mənbələr