AZ

“Qarabağ”da şok itki Mövsümü başa vurdu

Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Qarabağ”da şok itki - Mövsümü başa vurdu

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib. 

QOL.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Tibbi müayinələrin nəticəsinə əsasən, Bəhlul Mustafazadənin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir. Bu isə futbolçunun cari mövsünü erkən başa vurması deməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
6
qol.az

10Mənbələr