AZ

Sabiq prezidentdən Zelenskiyə ağır ittiham: Səhv etdi!

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Prezident Volodimir Zelenski Rusiyaya qarşı danışıqlarda səhv edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Petro Poroşenko deyib.

“Zelenskinin Avropanın iştirakı olmadan danışıqlara cəlb olunması ciddi səhvdir. İndi isə avropalıların özləri danışıqlara qoşulmalı, Fransa Prezidenti Emmanuel Makronun ölkələrin birbaşa iştirakına çağırışına cavab verməlidirlər.

Avropanın danışıqlarda iştirak etməyə tam hüququ var, çünki hazırda məhz Avropa Ukraynanı maliyyələşdirir. Lakin ABŞ Prezidenti Donald Tramp və Amerika olmadan sülh sazişi əldə etmək mümkün deyil. ABŞ-ın rolu vacibdir, amma Avropasız da heç nə alınmayacaq. Onlar “yaxşı polis” və “pis polis” rolunu oynaya bilərlər”, — deyə Poroşenko bildirib.

Sabiq prezident həmçinin hesab edir ki, Zelenski dərhal atəşkəsin təmin edilməsi üçün daha qətiyyətlə çalışmalıdır:

“O, Rusiya Prezidenti Vladimir Putini və Trampı başa düşmür. Bizdə başqa bir problem də var: Tramp Putini başa düşmür. Bu, qlobal bir faciədir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
1
globalinfo.az

2Mənbələr