AZ

Azərbaycan oxatanı Avropa çempionatında beşinci olub - FOTO

Bolqarıstanın Plovdiv şəhərində keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Fatimə Hüseynli beşinci yeri tutub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.

Bildirilib ki, gənclər (U-21) kateqoriyasında mübarizə aparan idmançı klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci sırada tamamlayaraq pley-offa yüksəlib.

Avropa çempionatının 1/4 finalında mübarizəni dayandıran F.Hüseynli yekunda beşinci pilləni tutub.

İdman.Biz
Seçilən
22
3
idman.biz

4Mənbələr