AZ

Sumqayıtda az qala vurulan qadın maşına hücum etdi ANBAAN VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sumqayıt şəhəri, 9-cu mikrorayon dairəsində qayda pozan piyada avtomobilin videoregistratoruna düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 15-də saat 11:46 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, orta yaşlı qadın yolu müəyyən olunmamış yerdən, üstəlik hərəkətdə olan nəqliyyat vasitələrinə diqqət yetirmədən keçir. Nəticədə o, yaxınlaşmaqda olan avtomobilə çırpılmaqdan son anda xilas olur.

Sürücü vaxtında dayanaraq baş verəcək qəzanın qarşısını alır. Lakin hadisədən sonra qorxu keçirən qadın geri qayıdaraq avtomobilə əliylə zərbələr endirir və sürücüyə qarşı aqressiv davranış nümayiş etdirir.

Sürücünün iddiasına görə, piyada ona təhqiramiz ifadələr işlədib. O, baş verənlərin kameraya düşdüyünü bildirdikdən sonra qadın ərazidən uzaqlaşıb.

Nərmin

Oxunub 258

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
avtosfer.az

1Mənbələr