AZ

Qulaqlığı taxıb yolun ortasıyla gedən piyada qorxulu anlar yaşatdı REAL VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə fevralın 18-də saat 13:52 radələrində qeydə alınıb.

Videodan görünür ki, piyada diqqətsiz şəkildə yolun ortası ilə hərəkət edir və həm özünü, həm də arxadan gələn sürücünü təhlükəyə atır.

Sürücünün sözlərinə görə, o, piyadanın yoldan kənara çəkilməsi üçün siqnal verib, lakin məktəbli qulaqlıqdan istifadə etdiyinə görə xəbərdarlığı eşitməyib və hərəkətini davam etdirib.

Sürücü piyadanı vurmamaq üçün sola manevr edir. Piyada da son anda eyni istiqamətə keçdiyi üçün sürücü idarəetməni itirərək avtomobili yolun kənarına sürüb.

Qeyd edək ki, hər bir piyada səki və ya yolun kənarıyla hərəkət etməli, yolu keçidlərdən istifadə edərək və öncə müşahidə edərək keçməlidirlər.

Eyni zamanda sürücülər də yaşayış yerlərindən keçən zaman sürət həddini minimuma endirməlidir.

Nərmin

Oxunub 228

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
avtosfer.az

1Mənbələr