AZ

Moskvada güclü qar, uçuşlar təxirə düşdü

ain.az, Sitat.info portalına istinadən məlumat yayır.

Rusiyanın paytaxtı Moskvaya güclü qar yağıb.

Sitat.info “İnterfaks”a istinadən xəbər verir ki, qar şəhərdə bir sıra fəsadlara səbəb olub.

Bu gün səhər saatlarında Moskvanın Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovskiy hava limanlarında ümumilikdə 19 reys təxirə salınıb. Bunlardan 6-sı beynəlxalq aviaşirkətlərin reysi olub. 

Daha 14 reys ilə 3 saatdan çox müddətə gecikib. Yollarda isə tıxaclar yaranıb. 

Hazırda şəhərdə hava ilə bağlı “narıncı” təhlükə səviyyəsi elan edilib. Sinoptiklərin proqnozlarına görə, gün ərzində Moskva regionunda ağlıq normadan 70 faizdən çox yağıntı düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
1
sitat.info

2Mənbələr