AZ

Cenevrə görüşləri: Münaqişə həllini tapacaq?

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

17–18 fevral tarixlərində Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib.

Danışıqların ikinci günü qapalı qapılar arxasında baş tutub və Avropa ölkələrinin nümayəndələri də iştirak edib.

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski görüşləri çətin, amma məhsuldar adlandırıb.

Cenevrədə keçirilən üçtərəfli danışıqların nəticələri Ukrayna münaqişəsinin həllinə nə dərəcədə təsir edə bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən iki günlük görüşün nəticəsində  Vaşinqton həm Kiyevi, həm də Moskvanı sülhə, atəşkəsə məcbur edir.

Analitik vurğulayıb ki, ABŞ Rusiyaya təzyiq göstərməklə yanaşı, Kremlin müəyyən istəklərini də yerinə yetirir: 

“Ancaq burada birmənalı zəif fiqur kimi məhz Ukraynaya ən böyük təzyiqlər edilir, Kiyevin güzəştə getməsini istənilir. Zelenski Donald Trampın nümayəndə heyəti tərəfindən davamlı basqılara məruz qalır. Amma burada başqa məqam da var. Sanki ABŞ məsələyə əvvəlki prizmadan yanaşmır".

Turab Rzayev: Hazırda ABŞ-nin özünün Rusiya-Ukrayna müharibəsinin həllində nə qədər maraqlı olması, əvvəlki mövqeyində qalması sual altındadır

Onun sözlərinə görə, faktiki olaraq görünən Trampın Rusiya-Ukrayna müharibəsinin həllini prioritet olmaqdan çıxarmasıdır: 

"Hətta ola bilər ki, Trampın iqtisadçı olduğunu nəzərə alsaq, burada biznes gedişi edib. Yəni öz nümayəndə heyəti ilə Rusiya və Ukraynanı uzunmüddətli danışıqlara çəkərək, dünyanın bir çox yerində öz istəklərini həyata keçirir. Tramp Suriya, Venesuela, Nepalda öz niyyətini reallaşdırıb və hazırda İranla danışıqlar gedir".

Həmsöhbətimiz qeyd edib ki, başı Ukrayna ilə müharibəyə qarışmış Rusiya və müttəfiqi Çin geosiyasi olaraq uduzurlar: 

"Ona görə də hazırda ABŞ-nin özünün Rusiya-Ukrayna müharibəsinin həllində nə qədər maraqlı olması, əvvəlki mövqeyində qalması sual altındadır. Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov da bildirdi ki, sanki ABŞ artıq Alyaska görüşündəki müddəaları müdafiə etmir. Bütün danışıqlar həmin görüş üzərindən həyata keçirilirdi”.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
bakivaxti.az

1Mənbələr