AZ

İran və Rusiya hərbi təlimlərə başlayıb

İran və Rusiya hərbi təlimlərə başlayıb

İran və Rusiyanın hərbi dəniz qüvvələrinin iştirakı ilə Oman dənizi və Hind okeanının şimal hissəsində birgə dəniz təlimləri başlayıb.

"Press TV"-nin məlumatına görə, İran və Rusiya donanmalarının üzən vasitələrinin iştirakı ilə keçirilən birgə dəniz təliminin əməliyyat mərhələləri Hörmüz boğazı, Oman dənizi və Şimali Hind okeanı akvatoriyasında icra olunub.

Hörmüz boğazı yaxınlığındakı Bəndər-Abbas limanında keçirilən birgə təlimlər zamanı qaçırılan gəminin xilas edilməsi əməliyyatının simulyasiyası həyata keçirilib. Əməliyyat ticarət gəmilərinin Bəndər-Abbas Dəniz Xilasetmə Əlaqələndirmə Mərkəzinə fövqəladə vəziyyət siqnalı göndərməsindən sonra başlayıb.

Daha sonra İran Hərbi Dəniz Qüvvələrinə məxsus SH-3 helikopteri və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə aid Bell 412 helikopteri bölgədə axtarış aparıb. Təlimlərdə komanda gəmisi funksiyasını yerinə yetirən İranın "Əlvənd" freqatı xilasetmə əməliyyatını reallaşdırmaq üçün bölgədə yerləşən hərbi gəmiləri hadisə yerinə yönləndirib.

Sonda İran və Rusiyanın xüsusi təyinatlı dəniz qüvvələri helikopter və quru qoşunlarının sinxron əməliyyatı nəticəsində gəmi üzərində nəzarəti təmin edərək hücum edənləri saxlayıblar.

Bu təlimlər İrana hücum hədələri səsləndirən ABŞ administrasiyasının Tehran ilə danışıqlar prosesinə baxmayaraq, son həftələrdə bölgədə hərbi mövcudluğunu gücləndirdiyi və əlavə dəniz qüvvələri yerləşdirdiyi bir dövrə təsadüf edir.

Seçilən
25
afn.az

1Mənbələr