AZ

Rusiyanın təsirini azaltmaq üçün: “ABŞ Azərbaycandan Ermənistana...”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya Xəzər bölgəsində ABŞ və Türkiyənin təsirinə mane ola bilər. İyun ayında Ermənistanda seçkilər, eləcə də Ermənistanın Qarabağdan imtina etməsini tanıyan konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. 

Bu məsələlər həll olunana qədər Rusiya əhəmiyyətli təsir gücünə malikdir. Rusiyanın Ermənistanda iki hərbi bazası var. Rusiya Ermənistanın hava məkanına və nüvə elektrik stansiyası da daxil olmaqla bütün strateji infrastrukturuna nəzarət edir".

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin professoru Brenda Şaffer Atlantik Şurasında bildirib.

O iddia edib ki, bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü asanlaşdırmaq niyyətindədir:

"Biz, həmçinin Ermənistanın Rusiyadan asılılığını və internet vasitəsilə yayılan təsiri azaltmaq üçün fiber-optik kabellərin çəkilməsi barədə danışırıq", - Şaffer qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr