AZ

Elnur Rzayev növbəti səyyar qəbul Köhnə Xaçmaz kəndində keçirilib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Köhnə Xaçmaz kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Köhnə Xaçmaz, Müşfiq, Müzəffəroba, Xaspoladoba, Əzizli, Gəncəli, Bəbəli və Müşkür kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin qaz təchizatının bərpası, daxili yolların təmiri, yeni subartezian quyusunun qazılması və Qudyalçayda sahilbərkitmə işlərinin aparılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Seçilən
23
7times.az

1Mənbələr