"Liverpul" rəhbərliyi yay transfer pəncərəsində "Nyukasl Yunayted"in ulduz vingeri Antoni Qordonu heyətinə qatmaq üçün artıq hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, "qırmızılar" bu transfer üçün təxminən 95 milyon funt-sterlinq məbləğində rekord büdcə ayırıb və hazırda bu yarışda favorit hesab olunurlar.
24 yaşlı ingilis futbolçu, dünən gecə Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirilən matçda vurduğu 4 qolla bütün diqqətləri yenidən öz üzərinə çəkib. Bu möhtəşəm performansı ilə Alan Şirerin klub rekordunu qıran Qordon, eyni zamanda turnir tarixində bir matçın ilk hissəsində 4 qol vuran ilk britaniyalı oyunçu kimi tarixə düşüb.
"Liverpul"un baş məşqçisi Arne Slotun onu Məhəmməd Salahın uzunmüddətli xələfi kimi gördüyü və transferin reallaşması üçün şəxsən təzyiq göstərdiyi bildirilir.
Kamil Xudiyev