AZ

Tuskdan vətəndaşlarına: İranı təcili tərk edin

Tuskdan vətəndaşlarına: İranı təcili tərk edin

Polşanın baş naziri Donald Tusk vətəndaşlarını İranı təcili tərk etməyə və bu ölkəyə səyahətdən çəkinməyə çağırıb.

Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Baş nazir Tusk jurnalistlərə verdiyi açıqlamada “Xahiş edirəm, İranı dərhal tərk edin və heç bir halda bu ölkəyə səyahət etməyin”, – deyib.

Heç kimi qorxutmaq istəmədiyini, lakin bu ölkədə aktiv hərbi münaqişə ehtimalının kifayət qədər real olduğunu bildirən Tusk, bu tələbin ciddi qəbul edilməsi üçün çağırış edib.

Tusk vurğulayıb ki, aktiv qarşıdurma baş verəcəyi təqdirdə heç kim Polşa vətəndaşlarına təxliyə imkanını zəmanət verə bilməyəcək. Keçmişdəki təxliyə xəbərdarlıqlarının bəzən diqqətə alınmadığına işarə edən Tusk, bunun ağır nəticələr doğurduğunu da sözlərinə əlavə edib.

Seçilən
31
afn.az

1Mənbələr