Ermənistanda keşiş Baqrat Qalstanyanın həbs müddəti uzadılıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmə prokurorun vəsatətini təmin edərək Baqrat Qalstanyanın həbs müddətini daha 2 ay uzadıb.
Arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarı ötən ilin iyun ayında terror aktı hazırlamaq və silahlı yolla hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə həbs olunublar.
"Cebheinfo.az"