AZ

“Nyukasl” azarkeşlərindən Bakıya xüsusi təşəkkür mesajı - FOTO

İngiltərənin "Nyukasl Yunayted" klubunun azarkeşləri Bakıya səfərləri ilə bağlı sosial şəbəkədə paylaşım ediblər.

İdman.Biz xəbər verir ki, “Newcastle United Supporters’ Club”ın rəsmi hesabında paylaşılan mesajda Bakı sakinlərinə göstərilən qonaqpərvərlik üçün təşəkkür bildirilib.

Azarkeşlər şəhəri gözəl adlandıraraq, imkan olduqda hər kəsə Bakını ziyarət etməyi tövsiyə etdiklərini vurğulayıblar.

Paylaşımda, “bu, indiyə qədər iştirak etdiyimiz ən yaxşı səfərdir” sözləri yer alıb.

Mesaja Bakı bulvarından görüntü də əlavə olunub.

Qeyd edək ki, “Nyukasl Yunayted” azarkeşləri UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Nyukasl Yunayted” qarşılaşması üçün Azərbaycana gəlmişdilər.

İdman.Biz
Seçilən
19
1
idman.biz

2Mənbələr