AzVision.az Avstraliya mətbuatına istinadən xəbər verilir ki, fevralın 19-da səhər saatlarında “Doqquzuncu kanal”da yayımlanan “Today” verilişində çıxış edən Danika Meyson açıq-aydın tələffüzdə çətinlik çəkir, daim gülümsəyir və sözləri səhv deyirdi.
“Burada qəhvənin qiyməti əslində olduqca münasibdir, amma ABŞ-dəki qəhvənin qiymətinə öyrəşməliyik. İquanalar haqqında məlumatım yoxdur, onlarla nə baş verdiyini bilmirəm”,– telejurnalist deyib.
“BBC” tele-radio şirkətinin ehtimalına görə, iquanalarla bağlı ifadəsində, görünür, xanım Meyson bu heyvanları televiziya verilişlərinin aparıcılarının əvvəllər danışdıqlarını nəzərdə tutub.
Daha sonra dili topuq vuran Danika Meyson Böyük Britaniyanı ABŞ ilə səhv salaraq Avstraliyanın idman xəbərlərindən danışıb və bu zaman studiyada gülüş səsləri eşidilib.
- Şaxtalı hava, şübhəsiz ki, xüsusi bir şeydir. Dodaqlar sadəcə donur”,– verilişin aparıcısı Karl Stefanoviç xanım Meysonun görünüşünü şərh edib.
Meysonla bağlı videotez bir zamanda sosial mediada yayılıb və Avstraliya sakinlərinin canlı şərhlərinə səbəb olub. Hətta ölkənin baş naziri Entoni Albaneze də bununla bağlı öz fikrini bildirib.
“Mən Danika ilə razıyam. Ona halaldır. O, İtaliyadadır və yəqin ki, sadəcə yorğundur. Saat fərqi əhəmiyyətlidir, ona görə də yəqin ki, ona təsir edən də elə bu olub”, – Albaneze sosial şəbəkədə etdiyi paylaşımda yazıb.
Lakin fevralın 20-də yenidən efirə çıxan Danika Meyson vəziyyətinin yalnız yorğunluqla bağlı olmadığını etiraf edib.
- Yaxşıyam, yəqin ki, sadəcə bir az utanıram. Görünür, vəziyyəti tamamilə səhv qiymətləndirmişəm. Xüsusilə də bu şəraitdə içki içməməli idim. Burada soyuqdur, yüksəklikdəyik və hələ nahar da etməmişəm, yəqin ki, bu da təsir göstərir. Ona görə də dediyim kimi, dərin üzr istəyirəm və mənə yazan hər kəsə təşəkkür etmək istəyirəm”,– telejurnalist vurğulayıb.
Bu gün “Today” verilişinin aparıcısı Cenni Azzopardi bunun qarşılığında xanım Meysona “Biz sənin nə qədər yaxşı olduğunu bilirik, Danika”cavabını verib.
Qeyd edək ki, Danika Meyson Avstraliyanın ən məşhur idman jurnalistlərindən biridir və digər mövzularla yanaşı, ölkənin olduqca populyar reqbi matçlarını da işıqlandırır.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta