AZ

Canan Karataydan iftar və imsakla bağlı vacib tövsiyələr

ain.az, Olke.az saytına istinadən bildirir.

Ramazan ayında dəyişən qidalanma vərdişləri ilə bədəndə şişkinlik, qaz və yorğunluq problemləri yaranır.

Ölkə.Az xəbər verir ki, türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis Canan Karatay bu mövzuda bir sıra tövsiyələr verib.

Qablaşdırılmış qidaları və şəkərli içkiləri "qara” siyahıya daxil edən Karatay oruc tutarkən sağlamlığı qorumağın yolunun ənənəvi və emal olunmamış qidalardan keçdiyini vurğulayıb.

Canan Karatay oruc tutan şəxslərə iftarı kəllə-paça şorbası ilə açmağı tövsiyə edib:

“İftar və imsakda bol su için. İmsaka qalxmadan oruc tutmayın. İmsakda qayğanaq yeyə bilərsiniz. Yumurta çox vacibdir, lakin kənd yumurtası və kənd kərə yağı olmalıdır. Zeytun, turp və göyərti də çox önəmlidir. İçki olaraq da şəkərsiz süd və qəhvə içə bilərsiniz. 

İstəsəniz, ayran içə bilərsiniz. Burada ən vacib şey susuz qalmamaqdır. Pendir də çox vacibdir. Tam yağlı pendir və tam yağlı qatıq da istehlak edilməlidir. Bir ovuc quru qoz, fındıq və püstə də menyuya daxil edilə bilər.

Orucunuzu xaşla, mərcimək və digər şorbalarla aça bilərsiniz. Sağlam qidalansanız, ac qalmayacaqsınız. Bədən ehtiyac duyduğundan daha çox qida qəbul etdikdə, qaz, şişkinlik və qəbizliyə səbəb olur.

Həmçinin, bağırsaqların yaxşı işləməsi üçün iftarda zeytun yağı və qəhvə içmək çox vacibdir. Şorbadan sonra bir müddət yemək yeməyək. Sonra, həmin axşam nə hazırlansa, onu yeyə bilərik. İmsaka qədər qədər bol su için”.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
2
olke.az

3Mənbələr