AZ

İmtahana özü hazırlaşdırıb, nəticə uğursuz olanda 8 min manat istəyib

Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə şahidlərin dindirilməsi davam edib.

Şahid Natiq Mehdiyev bildirib ki, övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahan nəticələr uğursuz olub. Bu zaman Gündüz Abbasov yüksək bal toplaması müqabilində 8 min manat istəyib. Şahidin sözlərinə "köməkliyin" necə olacağını bilməyib. Pullar isə imtahan nəticələrindən sonra veriləcəkmiş.

Daha sonra imtahanlarda iştirak etmiş Ayxan Mehdiyev ifadə verib. O deyib ki, texniki avadanlıqlar imtahana bir neçə saat qalmış quraşdırılıb. Hakim ondan düzgün ifadə verməyi tələb edib. Məlum olub ki, adıçəkilən şəxs avadanlıqların köməyi ilə 200-dən artıq bal toplayıb.

Şəmkir rayon sakini, imtahanlarda iştirak etmiş şahid Tunar Qasımov hakimin suallarını cavablandırarkən bildirib ki, Gündüz Abbasovu tanıyır. Onun sözlərinə görə, Gündüz Abbasovla özü danışıb və blok imtahanlarda ondan kömək istəyib. Texniki avadanlıqları bir gün evində saxlayıb, səhəri gün xüsusi ayaqqabının içərisində gizlədərək imtahana daxil olub. Texniki vasitələri ayaqyolunda quraşdırıb. Bunun qarşılığında Gündüz Abbasova 3 min manat çatdırılmalıymış.

Seçilən
97
1
publika.az

10Mənbələr