AZ

Rəssam İntiqam Ağayev: İncəsənət mürəkkəb elmi mövzuları emosional dillə izah edir

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 fevral, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda Asiman qalereyasında açılan Azərbaycan rəssamı İntiqam Ağayevin “Susuzluq” adlı yeni rəsm silsiləsinin təqdimatı keçirilib. Bu əsərlər ən aktual müasir problemlərdən biri olan suyun tükənməsinə toxunur, suyun həyat və yaddaş mənbəyi kimi rolunu vurğulayır.

Rəssam AZƏRTAC-a müsahibəsində incəsənətin ətraf mühit problemlərinin həllində oynaya biləcəyi roldan bəhs edib.

O vurğulayıb: “Zənnimcə, incəsənət təsir göstərmək üçün ən yaxşı vasitədir. O, mürəkkəb elmi mövzuları emosional dillə izah edir və onları anlaşılan hala gətirir. Adi statistika insanlara o qədər də təsir etmir, lakin izləyici şəxsən yaşamasa belə, bədii obrazlar bizə bir problemi hiss etməyə imkan verir. Bu obrazlar empatiya, narahatlıq, qorxu və hətta bəzi hallarda ümid hissi oyadır. Bu, insanları motivasiya edir, onlar dəyişməyə, hərəkət etməyə qərar verirlər”.

Müsahibimizin sözlərinə görə, incəsənət yeni dəyərləri və dəbləri - məsələn, qida məhsullarının təkrar emalını, apsaytinqi formalaşdıra, bizi nəyi və necə istehlak etdiyimizə diqqət yetirməyə ruhlandıra bilər.

“Son rəsm silsiləm olan “Susuzluq” da bu mövzudadır. Tablolarım Xəzər dənizinin dayazlaşması, Kür çayının quruması və Abşeron mənzərəsinin deqradasiyası mövzularına toxunur. İllər ərzində müşahidə etdiyim mənzərə dəyişikliklərini sürrealist şəkildə təsvir etmək yolu ilə insanları həyatımızın necə dəyişdiyinə diqqət yetirməyə təşviq edirəm. Son illərin incəsənəti, o cümlədən mənim rəsmlərimin ideyası budur; biz təbiətin fövqündə deyilik, onun bir hissəsiyik”, - deyə İntiqam Ağayev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
azertag.az

1Mənbələr