AZ

Orxan Lökbatanlını kim “öldürdü”? – Həbs iddiaları yayıldı…

Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Orxan Lökbatanlının ölüm xəbəri yayılıb. O, video yayaraq boğazından əməliyyat keçirdiyini və səhhətinin yaxşılaşdığını qeyd edib. Meyxanaçı özü barəsində ölüm xəbəri yayanlara sərt reaksiya verib və bu iddianın yaxınları arasında narahatlıq doğurduğunu vurğulayıb. Bundan sonra sosial şəbəkələrdə onun ölüm xəbərini yayan şəxslərin məhkəməyə verilməsi məsələsi gündəmə gəlib.

Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, tanınmış şəxslər tənqidi xəbərə daha loyal yanaşmalıdır:

“Tanınmış şəxslərin həyatına dair ictimai-siyasi xəbərlər cəmiyyət üçün maraqlı olur. Əgər media və ya fərdi şəxslər bu xəbərləri yayırsa, həmin şəxs yayılmış məlumatla bağlı etirazını bildirə, xəbərin təkzibini və ya düzəlişini tələb edə bilər. Bu tələbə əməl edilmədiyi halda, şəxs müvafiq qaydada məhkəməyə müraciət edib, təzminat tələb etmək hüququna malikdir”.

Ş.Paşayev bildirib ki, qarşılıqlı anlayış həm əxlaq, həm də etik qaydaların qorunması baxımından vacibdir:

“Bu məsələni dəqiqləşdirmək istəyən jurnalisti və ya şəxsləri təhqir etmək, əsəbi formada reaksiya vermək də doğru deyil. Yayılan xəbərlər şəxsin ləyaqətinə və işgüzar nüfuzuna toxunmursa, onların cəzalandırılması üçün əsas olmamalıdır. Bununla belə, şəxs məhkəməyə müraciət etmək imkanına malikdir”.

Seçilən
13
editor.az

1Mənbələr