AZ

Yunanıstan yanvarda Azərbaycandan 24 mindən çox xam neft alıb

Bu ilin yanvar ayında Azərbaycan Yunanıstana 24 min 426,62 ton xam neft ixrac edib.

Aktual.az -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 11 milyon 571,75 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 3,9 dəfə, dəyəri isə 4,5 dəfə azdır.

Yunanıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,92 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Seçilən
41
17
ulusum.az

10Mənbələr