AZ

Polis əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Polis əməliyyat keçirdi: Saxlanılanlar var - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş Namik Şirinov və Əliağa Novruzov saxlanılıblar.

AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik şəbəkəsinin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

https://www.youtube.com/watch?v=AcqBPj6csA8

Seçilən
21
afn.az

1Mənbələr