AZ

Kral III Çarlz qardaşının həbsinə MÜNASİBƏT BİLDİRDİ: “Qanun öz yolunu tutmalıdır”

Kral III Çarlz qardaşının həbsinə münasibət bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya KİV-ləri məlumat yayıb.

Böyük Britaniya Kralı III Çarlz vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə həbs edilən qardaşı, sabiq şahzadə Endru ilə bağlı ilk dəfə rəsmi bəyanatla çıxış edib.

“Endru Mauntbatten-Vindzorla bağlı xəbərləri və irəli sürülən hakimiyyətdən sui-istifadə ittihamlarını böyük narahatlıqla qarşıladım. İndi tam, ədalətli və lazımi hüquqi proses başlamalıdır. Bu iş müvafiq orqanlar tərəfindən lazımi qaydada araşdırılacaq”, – Kralın bəyanatında bildirilir.

III Çarlz əlavə edib ki, qanun öz yolunu tutmalıdır:

“Proses davam etdiyi müddətdə bu işlə bağlı əlavə şərh verməyim düzgün olmazdı. Bu vaxt ərzində mən və ailəm öz vəzifələrimizi yerinə yetirməyə və hər kəsə xidmət etməyə davam edəcəyik”.

Qeyd edək ki, Kral III Çarlzın kiçik qardaşı, sabiq şahzadə Endru bu gün vəzifə səlahiyyətlərindən sui-istifadə şübhəsi ilə saxlanılıb.

Bundan əvvəl Ceffri Epşteynlə bağlı səs-küylü qalmaqallar fonunda III Çarlz onu bütün rəsmi titullarından və vəzifə öhdəliklərindən məhrum etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
73
interpress.az

1Mənbələr