AZ

Kallas Rusiyaya ultimatum verib

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas blok ölkələrinə Ukrayna ilə bağlı Rusiyaya ünvanlanmış tələblərdən ibarət siyahını yayıb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Adları açıqlanmayan Avropa diplomatları bildiriblər ki, bu tələblər Aİ-nin Rusiyanın guya nə etməli olduğuna dair "çox maksimalist baxışını" əks etdirir.

Kallas təkid edir ki, əgər Kiyev öz qoşunlarının sayını məhdudlaşdırmalı və ya onları bəzi rayonlardan çıxarmalıdırsa, Moskva da eyni addımı atmalıdır.

Sənəddə Rusiyanın "yeni bölgələrinin" de-yure tanınmaması və həmin ərazilərin demilitarizasiyası ilə bağlı bənd yer alır. Həmçinin, Avropa diplomatiyasının rəhbəri Rusiyanın milli qanunvericiliyinin beynəlxalq müqavilələrdən üstün tutulmasını nəzərdə tutan normanın ləğvini dəstəkləyir.

Bundan əlavə, Kallas Belarusda Rusiya hərbi mövcudluğunun və nüvə silahının yerləşdirilməsinin qadağan edilməsini tələb edir.

Kallasın tələblər siyahısında Moskvanın Kiyevə, eləcə də Avropa ölkələrinə, onların şirkətlərinə və ekologiyaya vurulan zərərin təzminat şəklində qarşılanması ilə bağlı tələb də yer alır.

Qeyd olunur ki, müvafiq sənəd fevralın 23-də Brussels şəhərində keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

2Mənbələr