AZ

Kallas Rusiyaya ultimatum verib

Bakı. Trend:

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik siyasəti üzrəali nümayəndəsi Kaya Kallas blok ölkələrinə Ukrayna ilə bağlıRusiyaya ünvanlanmış tələblərdən ibarət siyahını yayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Adları açıqlanmayan Avropa diplomatları bildiriblər ki, butələblər Aİ-nin Rusiyanın guya nə etməli olduğuna dair “çoxmaksimalist baxışını” əks etdirir.

Kallas təkid edir ki, əgər Kiyev öz qoşunlarının sayınıməhdudlaşdırmalı və ya onları bəzi rayonlardan çıxarmalıdırsa,Moskva da eyni addımı atmalıdır.

Sənəddə Rusiyanın “yeni bölgələrinin” de-yure tanınmaması vəhəmin ərazilərin demilitarizasiyası ilə bağlı bənd yer alır.Həmçinin, Avropa diplomatiyasının rəhbəri Rusiyanın milliqanunvericiliyinin beynəlxalq müqavilələrdən üstün tutulmasınınəzərdə tutan normanın ləğvini dəstəkləyir.

Bundan əlavə, Kallas Belarusda Rusiya hərbi mövcudluğunun vənüvə silahının yerləşdirilməsinin qadağan edilməsini tələbedir.

Kallasın tələblər siyahısında Moskvanın Kiyevə, eləcə də Avropaölkələrinə, onların şirkətlərinə və ekologiyaya vurulan zərərintəzminat şəklində qarşılanması ilə bağlı tələb də yer alır.

Qeyd olunur ki, müvafiq sənəd fevralın 23-də Brussels şəhərindəkeçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündəmüzakirə olunacaq.

Məqalədə:
Seçilən
21
1
az.trend.az

2Mənbələr