AZ

Bir donor il ərzində neçə dəfə QAN VERƏ BİLƏR?

Tibbi normalara əsasən, sağlam bir insan il ərzində neçə dəfə qan verə bilər - kişilər ildə 4 dəfə, qadınlar isə 3 dəfə. Qanvermə prosesləri arasındakı müddət orqanizmin qan hüceyrələrini tam şəkildə bərpa etməsi üçün kifayət edir. 

Bunu  Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində diqqətə çatdırıb.

Müsahibimiz bildirib ki, qanvermə prosesi yalnız həkim müayinəsindən sonra həyata keçirilir. Sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra göstəriciləri normal olan şəxslərə qan verməyə icazə verilir. Burada məqsəd həm donorun, həm də resipiyentin təhlükəsizliyini təmin etməkdir. Qanvermə sağlam insan üçün təhlükəsizdir və orqanizm götürülən qan həcmini qısa müddət ərzində bərpa edir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
22
ikisahil.az

1Mənbələr