AZ

İctimai xadimləri məhv etmək planı: Ukrayna Rusiyadan şübhələndi

Ukrayna təhlükəsizlik orqanları Moldova polisi ilə birgə Rusiyanın Ukraynada bir sıra ictimai xadimlərə qarşı hazırladığı iddia edilən sui-qəsd planını ifşa edib.

Publika.az xəbər verir ki, bu barədə “Avropa Həqiqətləri” qəzeti məlumat yayıb.

Moldova polisinin açıqlamasına görə, Ukrayna hüquq-mühafizə orqanları ilə birlikdə yaradılmış xüsusi istintaq qrupu çərçivəsində Ukraynada bir sıra ictimai şəxslərin qətlə yetirilməsi məqsədilə aparılan hazırlıq araşdırılır.

Qeyd olunur ki, potensial hədəflər və əməliyyatda iştirak edən şəxslər barədə ətraflı məlumat açıqlanmayıb.

Seçilən
34
publika.az

1Mənbələr